4 Dekabr 2017 10:33
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Cənubi Koreya Hərbi-Hava Qüvvələri dekabrın 4-də genişmiqyaslı birgə təlimlərə başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Şimali Koreyanın raket sınaqları fonunda keçiriləcək təlimlər 5 gün davam edəcək.

Məlumata görə, təlimlərə 12 000 amerikalı, 4 min Cənubi koreyalı hərbiçi və 230-dan çox hərbi texnika cəlb edilib.

ABŞ komandanlığının məlumatında bildirilir ki, təlimlərin məqsədi ABŞ və Cənubi Koreya HHQ-lərinin döyüş qabiliyyətini artırmaq, onların arasında koordinasiyanı gücləndirilməkdir.


Müəllif: Samir