Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komeyin prezidentliyə keçmiş namizəd Hillari Klintonla bağlı apardığı araşdırma saxtadır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Tvitter üzərindən paylaşıb.
Trampın sözlərinə görə, Komey şəxsiyyətsiz biridir.
Bundan başqa, o, Komeydən sabiq müşaviri Maykl Flinn ilə bağlı araşdırmaların dayandırılmasını xahiş etmədiyini əlavə edib.
ABŞ prezidenti bir çox media orqanlarının Komeyin iddiaları ilə xəbər yaymağa davam etdiyini deyib.
O qeyd edib ki, Komey FTB-nin etibarının tamamilə itməsinə səbəb olub.