4 Dekabr 2017 12:53
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Rusiyada yaxın zamanlarda prezident seçkisi keçirilsə, Vladimir Putin 25 faiz səs alar.

Teleqraf.com RBK-ya istinadla xəbər verir ki, bu nəticəni "Romir" tədqiqat mərkəzinin noyabr ayında keçirdiyi rəy sorğusu göstərib.

Putindən sonra ikinci yerdə 8 faizlə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirnovski gəlir. Üçüncü yerdə isə Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovdur - 7 faiz.

Müxalif namizədlərdən Aleksey Navalnı 3 faiz, Kseniya Sobçak isə 2 faiz səs yığıb.

Rəy sorğusunda ölkənin müxtəlif bölgələrində yaşayan 28 yaşdan yuxarı 2400 rusiyalı iştirak edib.

Rusiyada prezident seçkisi 2018-ci il martın 18-də keçiriləcək. Hələlik Valdimir Putinin seçkiyə qatılıb-qatılmayacağı bəlli deyil.


Müəllif: Mahir