İraq prezidentinin müşaviri Nuri əl-Maliki Fransa Prezidenti Emmanuel Makronun “Haşdi Şabi qruplaşmasının ləğv edilməsi vacibdir” fikrinə sərt reaksiya verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bu məsələnin İraqın daxili işi olduğunu bildirib:
“Fransa konstitusiyasında başqa dövlətlərin daxili işlərinə qarışmamaq maddəsi var. Makron isə bu maddəni pozub. Bu cür açıqlamaları rədd edirik. Bu, İraqın suverenliyinə hörmətsizlikdir”.
İraq parlamentinin birinci vitse-spikeri Humam Hammudi də Makronun bu fikirlərinə etiraz edib:
“Haşdi Şabi döyüşçüləri olmasaydı, İŞİD terrorçuları indi Fransanı məhv etmişdi”.
Qeyd edək ki, Makron bu fikirlərini İraq Kürdüstanının rəhbəri Nəcirvan Bərzani ilə Parisdə keçirdiyi görüşündə səsləndirib.