2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra Türkiyədən Almaniyaya diplomatik pasportla qaçan şəxslərin siyahısı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu dövrdə Türkiyədən Almaniyaya 768 nəfər mühacirət üçün müraciət edib.
Mühacirlərin yarıdan çoxunun müraciəti müsbət cavablandırılıb.
Ümumilikdə Türkiyədən Almaniyaya 260 diplomatik pasporta malik şəxs qaçıb. Onların ailə üzvlərinin ümumi sayı isə 508 nəfərdən az deyil.
Bu məlumatı Almaniyan Daxili İşlər Naziri Bundestaqda təmsil olunan Sol Partiyanın sorğusuna cavab olaraq verib. Nazirlik qeyd edib ki, 768 müraciətin 401-nə müsbət cavablandırılıb. Qalan 367 nəfərin müraciətinə isə hələlik cavab verilməyib.
Nazirlik əlavə edib ki, sentyabr ayında 1016, avqustda 962 Türkiyə vətəndaşı Almaniyaya mühacirət edib. Bu şəxslərin 30 faizinin müraciətinə müsbət cavab verilib.