5 Dekabr 2017 09:29
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər XX əsrdə Venera planetinin məskunlaşdırılmasından onun insan yaşayışı üçün tamamilə əlverişsiz olması səbəbindən imtina etmişdilər. Ancaq “Dan ulduzu”nun məskunlaşdırılması məsələsi son vaxtlar yenidən gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, Veneranın səthində temperaturun selsi üzrə 500 dərəcəyə çatmasına baxmayaraq, qalın kükürd buludları bura Günəş şüalarının düşməsinə imkan vermir. Bu planetdə atmosfer isə tamamilə karbon qazından ibarətdir. Venerada karbon qazının təzyiqi yerdəkindən 93 dəfə çoxdur. Buna baxmayaraq, müasir tədqiqatçılar bu qənaətə gəliblər ki, istənilən halda burda koloniya yaratmaq mümkündür. Ancaq onları 50 kilometr hündürlükdə yaratmaq lazım gələcək.

Bəs, bu qədər yüksəklikdə necə şəhər inşa etmək olar? Çünki hətta müasir texnologiyalar belə bu qədər yüksəklikdə bəndlər qurmağa qadir deyil. Lakin alimlər çıxış yolu tapıb: Venerada uçan şəhər qurmaq mümkündür. İki yol təklif olunur: nəhəg dirijablların inşası, yaxud levitasiya texnologiyasından istifadə. Sonuncu texnologiya tezliklə o qədər əlçatan olacaq ki, onu Venerada da yoxlamaq mümkün olacaq.

İstənilən halda kolonistlərin bu dost olmayan planetdə böyük üstünlüyü olacaq: bu süni şəhərdə cazibə təxminən Yerdəki kimi olacaq. Hansı ki bunu Ay və Marsla bağlı demək mümkün deyil və hazırda kosmosun bir sıra tədqiqatçılarının fikirləri də bu iki planetə yönəlib.


Müəllif: Səxavət