5 Dekabr 2017 19:45
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Asiya ölkələrində 5,6 milyon ac insan var.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2017-ci ilə həsr olunmuş hesabatında yer alıb.

Hesabata görə, ən çox ac adam Tacikstandadır. Bu ölkədə 2,6 milyon nəfər və ya əhalinin 30 faizi yetərincə qidalanmır. Özbəkistanda 1,9 milyon (6,3 faiz), Qırğızıstanda 0,4 milyon (6,4 faiz), Türkmənistanda isə 0,3 milyon (5,5 faiz) insan aclıqdan əziyyət çəkir.

Qazaxıstanda müvafiq rəqəmi müəyyənləşdirmək çətin olub. Bu ölkədə təxminən 0,4 milyon (2,5 faizdən az) insanın doyunca qidalanmadığı ehtimal edilir.

2005-ci ildən bəri Türkmənistandan başqa, digər Mərkəzi Asiya ölkələrində qidalanmanın səviyyəsi nisbətən yüksəlib. Yalnız Türkmənsitanda doyunca yeməyənlərin sayı 4,6 faizdən 5,5 faizə yüksəlib.

2012-ci il siyahıyaalınmasına görə, Tacikistanda 12.800.500, Özbəkistanda 29. 735.700, Qırğızıstanda 5.566.000, Türkmənistanda 5. 240.000, Qazaxıstanda 17. 753. 184 əhali yaşayır.

Bütövlükdə Avropa və Mərkəzi Asiyada 14,3 milyon insanın qidalanma problemi var. Planetdə isə bu rəqəm 815 milyonu əhatə edir.


Müəllif: Mahir

Oxşar xəbərlər