6 Dekabr 2017 10:12
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “BQTRK” və “Matç” telekanalları 2018-ci il Qış Olimpiya Oyunlarını boykot edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna Beynəlxalq Olimpiya Komitəsinin qərarı səbəb olub.

Qərara əsasən, Rusiya və İran millilərinin Qış Olimpiya Oyunlarında iştirakı qadağan olunub. Bəzi idmançılara isə neytral bayraq altında çıxmağa icazə verilib.

Hər iki kanal oyunları yayımlamaqdan imtina edib.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2018-ci ilin fevralında Koreya Respublikasının Pxönçan şəhərində keçiriləcək.


Müəllif: Samir

Oxşar xəbərlər