Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarına reaksiya verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı kral ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Onun sözlərinə görə, Qüdsün statusu ilə bağlı hər hansı dəyişiklik İsrail-Fələstin sülh danışıqlarına təsir edəcək və bölgədə vəziyyətin gərginləşməsinə səbəb olacaq.
Kral əlavə edib ki, ABŞ-ın bu istəyini təhlükəli addım kimi dəyərləndirir.