6 Dekabr 2017 14:17
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarlarına müraciət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı Ali Rada önündə çıxışı zamanı danışıb.

Saakaşvili tərəfdarlarını və bütün Ukrayna xalqını bu gün axşam saatlarında Ali Rada önündə veçeyə çağırıb.

Onun sözlərinə görə, veçedə hərəkət planı açıqlanacaq. Saakaşvili əlavə edib ki, Kiyev hökuməti bu toplantının dinc xarakter daşıdığını bilməlidir.


Müəllif: Samir