İstanbulda bələdiyyə avtobusunun törətdiyi qəza nəticəsində 2-si ağır olmaqla 16 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, əyləc sistemində problem avtobusun sürücüsü idarəetməni itirərək avtomobili yaxınlıqdakı dayanacaqda olan taksiyə vurub. Qəza vaxtı yaxınlıqda olan iki qadın avtomobillərin arasında qalıb. Qadınlardan birinin ayağı qopub. Yaxınlıqdakı vətəndaşların köməyi ilə qadınlar taksinin altından çıxarılıb.
Sürücü dənizə düşməmək üçün avtobusu maneələrdən birinə çırparaq dayandıra bilib.
Yaralılar təcili yardımla xəstəxanaya çatdırılıb.
Təhlükəsizlik kamerasına düşən həmin dəhşətli videonu təqdim edirik:
Uğur