Seçkilərdən öncə Türkiyəyə qarşı düşmənçilik siyasəti həyata keçirən Almaniya Kansleri Angela Merkel növbəti dəfə geriyə addım atıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, seçkilərdə istədiyi nəticəni əldə edə bilməyən Merkel Türkiyənin könlünü almaq üçün ilk olaraq Fətullahçı Terror Təşkilatına üzv olma maddəsi ilə ittiham olunan Adil Öksüz barəsində həbs qərarı çıxarıb.
Bu gün isə Merkel ikinci dəfə geri addım ataraq, Türkiyənin Almaniyadakı Dini İşlər üzrə Türk İslam Birliyi təşkilatının imamları haqqında aparılan istintaqın sonlandırılması ilə bağlı qərar qəbul edib.
10 ay davam edən istintaq zamanı 19 imam dindirilmişdi.