7 Dekabr 2017 21:38
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi Təl-Əvivlə Fələstin arasında gərginliyi müharibə həddinə yaxınlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu, işğal altındaşı Şərqi Qüds və Qərbi Şeriada müsəlmanlar Trampın qərarına etiraz olaraq etiraz aksiyası keçiriblər.

Polis aksiyanın dağıdılması üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. 100-dən çox fələstinli müxtəlif dərəcəli xəsarət alıb.

Fəth hərəkatına yaxın shərbi birləşmələr silahlı müqavimət çağırışı ediblər.

Fələstin dövlətinin başçısı Mahmud Abbas da xalqı Qüdsü və ölkənin işğal altında olan digər torpaqlarının geri qaytarılması uğrunda silahlı müqavimət göstərməyə çağırıb. M.Abbas deyib ki, Trampın qərarının heç bir hüquqi əsası yoxdur: “Qüds ərəb-müsəlman və xristian şəhəridir. Qüds Fələstinin əbədi paytaxtıdır. Vaşinqton bu qərarı ilə beynəlxalq və ikitərəfli sülh prosesinin altını qazıyıb. Bu, ABŞ-ın sülh danışıqlarından çəkildiyi anlamına gəlir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər