Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Reks Tillerson arasında Vyanada baş tutan görüşdən sonra mətbuat konfransı keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, diplomatlar Ukrayna, Suriya, Şimali Koreya və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Mətbuat konfransı zamanı Lavrov amerikalı jurnalistin sualına qəzəblənib. Jurnalistin “ABŞ-ın səfirliyinin Tel-Əvivdən Qüdsə köçürməsinə necə baxırsız” sualına Lavrov belə cavab verib: “Yüksək səslə qışqırın, sizi eşitmirəm”.