Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin həbsinin ləngidilməsi bəzi hüquqi prosedurların aparılması ilə bağlıdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Ukrayna milli polisinin rəhbəri Sergey Knyazev deyib.
O, hüquqi prosedurun başa çatdırılmasını vacib hesab edib:
“Axı, biz sivil dövlətik. Hər şey qanuni yolla həll edilməlidir”.
Sergey Knyazev Saakaşvilinin həbsi zamanı toqquşmalardan qaçmaq üçün maksimum çalışacaqlarını vəd edib.
Qeyd edək, Ukrayna Baş Prokurorluğu Mixail Saakaşviliyə qarşı dövlət çevrilişinə cəhd, cinayətkar qruplaşmalara kömək və onların cinayətlərinin gizlədilməsi kimi rəsmi ittiham irəli sürüb.