10 Dekabr 2017 15:06
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın federal kansleri Angela Merkel yarı yolda qalıb.

Teleqraf.com xəbər verir ki, Berlinlə Münxen arasındakı 600 kilometrlik yolu 4 saata qət edəcək yeni sürətli qatar xəttə buraxılıb. Bu məqsədilə Berlin dəmiryol vağzalında açılış mərasimi keçirilib. Mərasimdə federal kansler Angela Merkel də iştirak edib. Mərasimin ardınca federal kansler və bir qrup media nümayəndəsi qatara minərək sınaq prosesində iştirak edib. Ancaq qatar əvvəlcə yolda qalıb, daha sonra 4 saat əvəzinə 6 saata Münxenə çata bilib.

Qeyd edək ki, 1991-ci ildən layihələndirilməsinə başlanan və 10 milyard avroya başa gələn Berlin-Münxen yüksək sürətli qatarı gələn həftədən işə başlayacaq. Xidmətdən istifadə edənlər bir gediş biletini 150 avroya ala biləcəklər.


Müəllif: Cavad