İraqın Səlahəddin şəhərinə aid olan Tuzhurmatu qəsəbəsi dünən axşam saatlarından başlayaraq artilleriya hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, top mərmilərinin atıldığı Tuzhurmatu qəsəbəsi türkmən məskənidir və burada əsasən onlar yaşayır.
Artilleriya hücumunun Mursa Əli Dağının arxasında olan terrorçular tərəfindən həyata keçirildiyi bəlli olub.
Qəsəbənin səkkiz fərqli istiqamətinə düşən top mərmiləri 10 yaşlı bir uşağın ölümünə səbəb olub, 5 uşaq və 1 qadın daxil olmaqla 12 nəfər yaralanıb. Yaralılar dərhal Kərkük xəstəxanasına aparılıb.
Qeyd edək ki, Kərkük şəhərinin peşmərgədən azad edilməsi əməliyyatı başlayandan sonra 50 minə yaxın kürd Tuzhurmatu qəsəbəsini tərk edərək Şimali İraq Kürd Muxtariyyətinin ərazilərinə gedib.