Səudiyyə Ərəbistanında kinoteatrlarla bağlı 20 illik qadağa ləğv edilir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman qərar qəbul edib.
Qərara əsasən, 2018-ci ilin əvvəlindən kinoteatrlara nəzarət aradan qaldırılacaq.
Qeyd edək ki, bir müddət öncə şahzadənin qərarı ilə qadınlara avtomobil idarə etmək icazəsi verilmişdi.