Süleyman Şah türbəsi əvvəlki yerinə - Suriyaya köçürüləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.
O, qeyd edib ki, Suriyadakı problemlər yoluna qoyulduqdan sonra türbə Suriyaya aparılacaq.
Qeyd edək ki, 21 fevral 2015-ci ildə Türkiyə ordusu Suriya ərazisindəki Türkiyəyə məxsus Süleyman Şah türbəsinə daxil olub.
Türkiyə Baş Qərargahının şərti olaraq "Şah Fırat" adı verdiyi əməliyyat nəticəsində türbədə xidmət edən 40 hərbçi Türkiyəyə gətirilib.
Əməliyyat nəticəsində Süleyman Şahın nəşi və əmanətlər də oradan çıxarılmışdı.