Noyabrın 23-də Suriya hava məkanında Rusiyanın Su-25 təyyarəsinə yaxınlaşan ABŞ-ın 5-ci nəsil F-22 tipli Raptor qırıcısı Su-35 döyüş təyyarəsi tərəfindən uzaqlaşdırılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu bəyanatla Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor çıxış edi.
O bildirib ki, ABŞ-a məxsus qırıcı hava məkanında müxtəlif manevrlər həyata keçirərək Rusiya təyyarəsinin hərəkətinə maneələr törədib. İqor Konaşenkovun sözlərinə görə, ABŞ-ın 5-ci nəsil qırıcısının pilotu Su-35 döyüş təyyarəsini hava məkanında gördükdən sonra bölgədən uzaqlaşıb.
O, ABŞ-n hərbi rəhbərliyinin hadisə ilə əlaqədar heç bir cavab verə bilmədiyini qeyd edib.