Rusiyanın Fövqəladə Hallar nazirliyinin təyyarəsi, Suriyaya 34 ton yük aparıb. Çadır, yorğan, paltar və qida humanitar yardım şəklində Suriyada yaşayan ermənilərə çatdırılıb.
Teleqraf.com-un Rsuiya Xarici İşlər nazirliyinə istinadən verdiyi xəbərə görə, humanitar yardım Kessab şəhərində yaşayan erməni əhalisi üçü nəzərdə tutulub.
Qarşılığında isə həmin təyyarə Suriyadan Rusiyaya, ölkə regionlarına paylaşdırılması nəzərdə tutulan 20 tonn apelin gətirib.
"Rusiya Federasiyası Suriya əhalisinə, eləcə də regionda yerləşən qonşu ölkələrdə yerləşən suriyalı qaçqınlara zəruri humanitar yardım göstərməyə davam edəcək" , - XİN məlumat yayıb.
Ülviyyə