13 Dekabr 2017 08:42
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ceyms Martin adına Silahların Yayılmaması üzrə Araşdırma Mərkəzinin Şərqi Asiya Proqramının direktoru Cefferi Levis Koreya yarımadasında mümkün müharibə seenarisi haqda məqalə yazıb.

Teleqraf.com xəbər verir ki Cefferi Levisin “Vaşinqton Post”da dərc olunan həmin məqaləsində müharibə ssenarisi belə təsvir olunub:

“2019-cu ilin mart ayında öz sərhədləri yaxınlığında sürətli manevrlərdən bezən Şimali Koreya mülkü təyyarəni səhvən ABŞ bombardmançısı zənn edərək vuracaq. Buna qarşılıq olaraq Cənubi Koreya rəhbərliyi sərhəd bölgəsində Şimali Koreyaya aid hədəfləri vurmaq əmri verəcək”.

Müəllif yazıda ABŞ Prezidenti Donald Trampın Kim Çeni “raket-adam” adlandırdığını və onun “uzun müddət duruş gətirə bilməyəcəyi barədə fikirlərini xatırladaraq yazır: “Pxenyan bu cür ifadələri gerçəkdən təhdid və önləyici nüvə zərbəsi üçün siqnal kimi qəbul edir. Növbəti bu cür açıqlamalardan sonra Şimali Koreya əlindəki 48 raketdən 36-sını hədəfə istiqamətləndirəcək. Bunların bir qismi hədəfə çatmasa da, qalanları Yaponiya və Cənubi Koreyadakı hədəflərə güclü zərbə olacaq.

Eyni zamanda ABŞ Şimali Koreyaya istiqamətində ciddi hücuma keçəcək. Pxenyan lideri qalan raketlərin işə salınması barədə göstəriş verəcək. Beləcə, San Diyeqo və Perl Harbordakı hərbi hissələrlə yanaşı, Vaşinqton və Nyu Yorka raket hücumu həyata keçiriləcək.

Raketlərin üçdə ikisi ABŞ hava hücumundan müdafiə sistemini keçə bilər. Bu halda Manhettenə düşən raketlər 1 milyondan çox insanın ölümünə səbəb ola bilər. Vaşinqtonda qurbanların sayının isə 300 min nəfər olacağı ehtimal edilir. Bu zaman Tramp canını Floridadakı sığınacağda daldalanmaqla qurtaracaq. Elə Şimali Koreya liderinin cəsədi də sığınacaqdan təsbit ediləcək. Kim Çenin intihar etdiyi bəlli olacaq”.

Qeyd edək ki, Ceyms Martin adına Silahların Yayılmaması üzrə Araşdırma Mərkəzi ABŞ-da faliyyət göstərir və kütləvi qırğın silahlarının yayılması problemlərinin araşdırılması ilə məşğul olur.


Müəllif: Cavad

Oxşar xəbərlər