13 Dekabr 2017 14:26
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya məxsus qırıcılar Yəmənin paytaxtı Sənanı bombardman edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı əsas hədəf kimi Sənadakı polis idarəsi götürülüb.

Hadisə nəticəsində 40-dan çox insan həlak olub, azı 80 nəfər də yaralanıb. Olay zamanı polis məntəqəsində 180 nəfər olub.

Səudiyyə tərəfi hücumun husilərə qarşı edildiyini bildirib.


Müəllif: Samir

Oxşar xəbərlər