Qərbi Şeriyanın mərkəzindəki Ramallah şəhərində Qüdsün İsrailin paytaxtı elan olunmasına etiraz edən fələstinlilərlə İsrail hərbçiləri arasında qarşıdurma olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, aksiyada İsrail hərbçilərinin mülki geyimdə etirazçıların arasında olması diqqət çəkib. Əsgərlərdən bəzisi Fələstin bayrağı ilə aksiyaya qoşulub və etirazçılara qəfil hücum çəkiblər.
Xatırladaq ki, Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması qərarından sonra dünyanın bir çox ölkəsində müsəlmanlar etiraz aksiyasına başlayıb.