Türkiyə Silahlı Qüvvələrinin Afrində həyata keçirəcəyi əməliyyatlardan qorxuya düşən PKK terror təşkilatı döyüşlərə hazırlığı davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, terror təşkilatı Afrində 70 yerlik xəstəxana tikdirib.
Bunda məqsəd döyüşlər zamanı yaralanan silahlıları müalicə etdirməkdir.
Yeni xəstəxana ən müasir avadanlıqlarla təchiz edilib. Məlumatlara görə, avadanlıqlar İtaliya və Almaniyadan PKK üzvləri tərəfindən göndərilib və Ərbildən Afrinə gətirilib.