14 Dekabr 2017 11:02
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abxaziyada qondarma rejiminin rəhbəri Aleksandr Ankvabaya qarşı sui-qəsd törətməkdə ittiham olunan şəxsə silahlı hücum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, naməlum şəxslər qətldə şübhəli bilinən Pavel Ardzinba və onun dostu Dmitri Xaqbanın olduğu avtomobili atəşə tutublar.

Hər iki şəxs xəsarət alıb.

Qeyd edək ki, 2012-ci il fevralın 22-də Ankvabaya qarşı təşkil edilən sui-qəsd zamanı iki polis əməkdaşı həlak olmuşdu. Qondarma rejimin rəhbəri isə hadisədən xəsarət almadan xilas olmuşdu.


Müəllif: Samir

Oxşar xəbərlər