Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynada hansı vəzifə tutmaq istədiyini bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Odessa meri olmaq istədiyini deyib:
“Bilirsiz, mən nə istəyirəm? Mən gedib Odessa meri olmaq istəyirəm. Zarafat eləmirəm. Mən Odessanın inkişafını çox istəyirəm”.