2 Avqust 2014 09:49
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Baş Naziri Sindzo Abenin Braziliya səfəri zamanı gözlənilməz hadisə baş verib.

Baş Nazirin kortecinin uğradığı qəzada 12 nəfər yüngül xəsarət alıb. Yapon hakimiyyətinin başçısına qəza zamanı heç bir zərər toxunmayıb.

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki. Insident sürətli avtobanda baş verib və 3 avtomobil toqquşub. Bu zaman yapon nazir rəsmi görüşlərdən öz otel nömrəsinə qayıdırmış. Toqquşan avtomobillərin içərisində Yaponiya XİN-nin əməkdaşları olub. Yüngül xəsarət alan bütün 12 nəfəri yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Abenin avtomobili qəza nəticəsində zərər görməyib və Baş Nazir otelə geri qayıda bilib.

Qeyd edək ki, Yaponiya hökümətinin başçısı Latın Amerika ölkələri üzrə səfərlərinə son qoyur. Səfərlər zamanı o, Meksika, Trinidad, Tobaqo, Çili və Braziliyada görüşlər keçirib./anspress/


Müəllif:

Oxşar xəbərlər