Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında Şərqi Qüds Fələstinin paytaxtı kimi qeyd edilib.
Teleqraf.com xəbər verir ki, “Şərqi Qüds Fələstinin paytaxtıdır” ifadəsi nazirliyin saytında yerləşdirilib.
Qeyd edək ki, İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısında Şərqi Qüds Fələstinin paytaxtı elan edilmişdi.
Zirvə toplantısından sonra Türkiyə XİN uyğun addımı atıb.