İraqda İŞİD terror təşkilatının 38 üzvü edam olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, edam ölkənin cənubunda gerçəkləşib.
İraq Ədliyyə Nazirliyinin məlumatına görə, ölkə həbsxanalarında hələ də minlərlə İŞİD üzvü var. Yerli qanunvericiliyə görə, İŞİD-lə əlaqəsi olan şəxsləri ömürlük həbs yaxud da ölüm cəzası gözləyir.