Türkiyənin Ərzurum şəhərində fiziki məhdudiyyətli şagirdlərin təhsil aldığı məktəbdə müəllimin autizmli uşaqla sərt davranışı ilə bağlı cinayət işi açılıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, autizmli uşağın əlindən bərk sıxıb ona yemək verməyəcəyini deyən müəllimin görüntüləri geniş müzakirələrə səbəb olub. Yayılan videogörüntünü izləyən valideynlər polisə şikayə edib.
Müəllim şagirdə “Məni qorxuda bilməzsən, bu gün sənə yemək verməyəcəyəm, ağıllı olana qədər heç nə verməyəcəyəm. Sənin yox, mənim dediyim olacaq. Sənin mənə gücün çatmaz. Müəllimlərinə hücum etdiyin üçün yemək yeyə bilməzsən. Peşman oldun?” deyə hədələyib.
Müəllimi davranışı sosial mediada etirazla qarşılanıb.