ABŞ Şimali Koreya ilə müharibə istəmir, amma bütün variantlara hazırdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu bəyanatla ABŞ dövlət katibi Reks Tillerson çıxış edib.
Onun sözlərinə görə, ABŞ Şimali Koreyanın təcavüzündən müdafiə üçün bütün lazımi vasitələrdən istifadə edəcək: “Amma biz ümid edirik ki, diplomatiya vəziyyəti həll etməyə imkan verəcək. Biz aydın söyləyirik ki, ölkəmizin müdafiəsi üçün bütün variantlara baxılır. Lakin biz Şimali Koreya ilə müharibəni istəmirik”- deyə, Tillerson qeyd edib.