16 Dekabr 2017 14:27
2 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Girasunun Yağlıdərə qəsəbəsində PKK terrorçusu yol təmizləyən mülkü şəxslərin qarşısına çıxaraq onlara təslim olub.

Teleqraf.com-un məlumatına görə, işçilər dərhal Jandarma Qərargahına xəbər veriblər. Terrorçu həbs edilib, ərazidə PKK-ya qarşı əməliyyat gücləndirilib.

Terrorçu mülki insanların qarşısına çıxarkən bu sözləri deyib:

“Təslim olmaq istəyirəm. Mənə kömək edin. Yaylaqda bir evə girdim, tək qadın yaşayırdı. Orada yemək yedim, paltarımı dəyişdim. Əslində ondan əvvəl təslim olmaq istəyirdim, lakin qorxduğum üçün fikrimdən vaz keçdim. Bu gün isə təslim olmaq üçün yaylaqdan aşağı düşdüm”.

Adının Ziya olduğunu deyən terrorçu iki həftə əvvəl jandarma ilə PKK terrorçuları arasında baş verən silahlı qarşıdurmada iştirak etdiyini qeyd edib, bildirib ki, bu hadisədən sonra çantasını və silahını ataraq PKK-dan qaçıb.


Müəllif: Cavad

Oxşar xəbərlər