16 Dekabr 2017 15:43
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada parlament seçkilərindən sonra yeni hökumət qurmaq məqsədilə 7 həftə sürən koalisiya danışıqlarında razılıq əldə olunub.

Teleqraf.com xəbər verir ki, Avstriya Xalq Partiyası ilə Azadlıq Partiyası arasında anlaşma əldə edilib.

Dekabrın 18-də koalisiya hökumətinin rəsmən qurulacağı gözlənilir. Hökumətə Xalq Partiyasının 31 yaşlı lideri Sebastian Kurz rəhbərlik edəcək. Bununla da, yeni kansler həm də Avropada ən gənc baş nazir olaraq tarixə düşəcək.

Yeni hökumətin həll edəcəyi məsələlər arasında vergi islahatları, demokratiyanın gücləndirilməsi və qaçqınlarla bağlı siyasətin sərtləşdirilməsi əsas yer tutur.


Müəllif: Cavad

Oxşar xəbərlər