İraq şiələrinin dini lideri, ayətullah Əli Sistani silahların dövlətə təhvil verilməli olduğunu, lakin şiə milis gücləri olan Haşdi-Şabi qüvvələrinin İraq hüquq-mühafizə orqanlarına dəstək üçün saxlanılması vacibliyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, Sistaninin Kərbaladakı təmsilçisi Əbdül Mehdi İraqda terrorla mübarizənin başa çatmadığını deyib: “Hələ də yatan və özünü göstərməyən qüvvələr ölkədə təhdid olaraq qalır. Bu təhdidlərə qarşı silahlı qüvvələrə dəstək məqsədilə Haşdi-Şabinin qalması lazımdır”.
İraq baş naziri Heydər İbadi şiə lideri Sistaninin bu addımını məmnunuyyətlə qarşıladığını vurğulayıb.