17 Dekabr 2017 22:42
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Bəllucistan əyalətindəki Ketta şəhərində ayin zamanı kilsəyə silahlı hücum olub. Nəticədə 8 nəfər ölüb, 44 nəfər yaralanıb.

Ayində 400 nəfərə yaxın şəxs iştirak edib. Kilsəyə 4 nəfər hücum edib. Onlardan biri üzərindəki bombanı partladıb. Digər bir nəfəri təhlükəsizlik qüvvələri məhv edib. İki silahlı isə olay yerindən qaça bilib.

Olayla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.


Müəllif: Teleqraf.com