18 Dekabr 2017 11:20
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britanıyalı vəkil Cefri Lovitski ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampı və kürəkəni Cared Kuşneri məhkəməyə verib.

Teleqraf.com “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, vəkil İvanka və Kuşneri öz gəlirlərinin böyük hissəsini gizlətməkdə, eləcə də dövlət büdcəsindən oğurluqda ittiham edir.

Onun fikrincə, cütlük rəhbəri olduğu 30 investisiya fondunun illik gəlirləri barədə hesabatı təqdim etməyib.

Məsələ ilə bağlı Ağ Ev rəsmiləri hələlik heç bir açıqlama verməyiblər.


Müəllif: Samir

Oxşar xəbərlər