12:08
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Baş Prokurorluğuna gəlib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı yerli KİV-lər məlumat yayıb.
Onun bu gün ifadə verəcəyi gözlənilir.
Qeyd edək k, Saakaşvili Ukrayda dövlət çevrilişinə cəhddə ittiham olunaraq, saxlanılmış, bir neçə gün sonra isə Kiyev məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı.
***
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Baş Prokurorluğunda ifadə verməkdən imtina edib.
Bundan sonra Saakaşvili prokurorluğun binasını tərk edib. Saakaşvili qanuna əməl etmək üçün ifadə verməyə gəldiyini deyib: "Mən Ukrayna prokurorlarına hörmət etmirəm, mənim Ukrayna qanunlarına hörmətim var".
Məsələ ilə bağlı açıqlama verən Ukrayna prokuroru Aleksandr Qovoruşak Saakaşvilinin istintaq prossini pozduğunu bildirib.