18 Dekabr 2017 12:33
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenkoya yazdığı məktubdan danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, məktubu həbsdən çıxan kimi yazdığını deyib:
“Mən qaliblərin davrandığı kimi davrandım. Ona dedim ki, məni haqsız yerə ittiham etdiniz. Siz məni rus agenti adlandırmaqla aşağıladınız”.

Saakaşvili deyib ki, onun Poroşenko ilə şəxsi münaqişəsi yoxdur və prezidentlik postuna hörmət edir:

“Mənə dedilər ki, bir neçə gün sonra prezident səninlə görüşməyə hazırdır. Onlara dedim, mən arxa qapıdan harasa gedəcək insan deyiləm”.
Samir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər