18 Dekabr 2017 17:06
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ növbəti il Avropada Rusiya təhlükəsinin qarşısını almaq üçün 200 milyon dollar xərcləyəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, amerikalılar bu maliyyədən hərbi obyektlərin modernləşdirilməsi və yenidən qurulması, eləcə də Şərqi Avropa ölkələrində bazalarının silahlandırılması üçün istifadə edəcək.

Yenilənmələr Macarıstan, Slovakiya, Lüksenburq və Rumıniyadakı aerodromlarda, tədris müəssisələrində və poliqonlarda həyata keçiriləcək. Bundan başqa, Avropada F-22 və F-35 qırıcılarının 5-ci nəslinin hazırlanması planlaşdırılıb.


Müəllif: Samir

Oxşar xəbərlər