ABŞ PKK terror təşkilatına kürd dövləti yaratmaqda yardım göstərmək üçün Suriyada 167 kəndi boşaldıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, boşaldılan kəndlərin bir çoxu türkmən və ərəblərə aiddir.
Məlumatlara görə, həmin kəndlərdən ümumilikdə 1,4 milyon insan köçürülüb.
Bununla da PKK Türkiyə ilə sərhəddə 911 kilometrlik ərazini - Hasekedən Lazkiyəyə qədər uzanan bölgəni nəzarəti altına almaq fikrindədir.
Bu məsələdə PKK terrorçularına bölgədəki amerikalı əsgərlər köməklik göstərir.