19 Dekabr 2017 14:15
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ABŞ Dövlət Departamentinin şərtsiz görüş təklifini rədd edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Şimali Koreyanın hakim İşçi partiyasının rəsmi mətbu orqanı sayılan “Rodonq Sinmun” nəşri məlumat yayıb.

Nəşr iddia edir ki, Vaşinqton dialoq hücumu ilə Koreya yarımadasında baş verən gərginlikdə məsuliyyəti öz üzərinə götürməyə çalışır:

“ABŞ-ın dialoq çağırışının altında Şimali Koreyanı nüvə silahlarından məhrum etmək durur. Əks halda, Vaşinqton BMT Təhlükəsizlik Şurası vasitəsilə Şimali Koreyanı blokadaya almağa çalışacaq”.


Müəllif: Samir

Oxşar xəbərlər