19 Dekabr 2017 23:35
3 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Özbəkistan prezidenti Şavkat Mirziyoyevi Birləşmiş Ştatlara rəsmi səfərə dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu gün Trampla Şavkat Mirziyoyev arasında telefon danışığı olub. İkitərəfli əlaqələrin gücləndirilməsi planlarını birgə müzakirə etmək üçün D.Tramp həmkarını ABŞ-a rəsmi səfərə dəvət edib.

Qeyd edək ki, prezidentlər 2017-ci ilin mayında Ər-Riyadda, sentyabrında isə Nyu-Yorkda görüşüblər.


Müəllif: Teleqraf.com