ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunaraq Nyu York polisi tərəfindən saxlanılan “Xalq bank”ın sabiq rəhbəri Məhmət Hakan Atillanın işi üzrə şahid, Fətullahçı terror təşkilatının üzvü, sabiq polis əməkdaşı Hüseyn Qorxmazın valideynləri həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Qorxmazın son məhkəmə prosesində işlətdiyi ifadələr olub.
Bununla bağlı İstanbul Baş Prokurorluğunun
məlumatında bildirilib ki, Qorxmaz ifadəsində sənədləri gizlətmək üçün anasına verdiyini deyib.
Qorxmazın valideynlərinin evində axtarışlar aparılıb.