Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Hollandiya səfəri üçün lazımı sənədləri əldə edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Saakaşvilinin nümayəndəsi məlumat yayıb.
Sənədlər Hollandiya səfirliyi tərəfindən Saakaşviliyə təqdim edilib.
Bu arada, Saakaşvili özünün ekstradisiyası ilə bağlı yeni açıqlama verib. O bildirib ki, Ukrayna hökuməti Yeni il bayramı zamanı onu deportasiya etməyə çalışacaq.