Çində müxtəlif cinayətlərə görə həbs edilmiş 10 məhkum insanların gözü qarşısında edam edilib.
Teleqraf.com xəbər verir ki, Çinin cənubundakı Quanqdong əyalətindəki Lufenq şəhərində icra olunan edamı izləmək üçün insanlar meydana axışmışdı. Edam barədə elanlar öncədən şəhərin müxtəlif yerlərindən asılıb.
Ölkə mediası edam cəzalarının meydanda icra olunmasını kəskin tənqid edib və bunu mədəniyyətdən uzaq addım kimi qiymətləndirib.
Qeyd edək ki, Quanqdong əyaləti Çində narkotik cinayəti və qaçaqmalçılığın geniş yayıldığı bölgə kimi tanınır.