PKK terror təşkilatının nümayəndəsi Eldər Xəlil Suriya Prezidenti Bəşər Əsədin yaxın adamı Əli Məmlukla görüşlər keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşlərdən 2-si Dəməşqdə, 3-ü isə Hasekedə baş tutub.
PKK nümayəndəsi görüş zamanı Rakkanın boşaldılması qarşılığında Əsəd rejimindən Afrin bölgəsini istəyib.
Eldər Xəlil Suriya hökumətini 5 ildir PKK-nın nəzarətində olan Afrinə hücum planından daşınmağa çağırıb.
Məsələ ilə bağlı Suriyanın hazırki hökuməti heç bir açıqlama verməyib.