Rusiya və Türkiyə arasında olan müqaviləyə əsasən S-400 zenit-raket kompleksinin çatdırılma və quraşdırılmasına 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində başlanacaq.
Teleqraf.com xəbər verir ki, Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin məlumat verib.
Onun sözlərinə görə, bütün məsələlər həll edilib, həmkarları ilə müzakirə aparılıb: "Müdafiə sistemilə bağlı anlaşmanın bir qismi Rusiya tərəfindən veriləcək kredit hesabına həyata keçiriləcək. Bütün problemlər həllini tapmaq üzrədir. Anlaşma qarşıdakı günlərdə icra olunacaq. Anlaşmanın bir qismi Türkiyə tərəfindən, bir qismi isə Rusiya tərəfindən veriləcək kredit sayəsində həll ediləcək".