22 Dekabr 2017 18:23
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ yaxın və orta mənzilli raketlərin ləğvi ilə bağlı razılaşmanı pozmaqla məşğuldur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyində təşkil olunmuş kollegiya iclasında deyib.

O bildirib ki, Vaşinqton özü razılaşmanı pozduğu halda, bunda Moskvanı ittiham edir: “Zalda əyləşənlərin əksəriyyəti başa düşür ki, mən nəyi nəzərdə tuturam”.

Qeyd edək ki, razılaşma 1987-ci ildə bağlanıb.


Müəllif: Samir