ABŞ prezidenti Donad Trampın Niderland Krallığına səfir təyin etdiyi Piit Hokstra daha öncə müsəlmanlar haqqında səsləndirdiyi fikirləri danıb.
Teleqraf.com xəbər verir ki, səfir jurnalistin "İslam təhlükəsindən danışanda siz bir dəfə deyibsiniz ki, Niderlandda adamların gedə bilmədiyi qadağa zonaları var, onlar maşınları yandırırlar, polisləri yandırırlar, bu..." xatırlatmasını yarımçıq kəsib. Qeyd edib ki, o, elə bis söz deməyib: "yalan xəbərdir".
Hətta jurnalist səfirin 2015-ci ildə konqresdə etdiyi çıxışını göstərsə də diplomat dediklərini boynundan atıb.